“İsrail Rəfah hücumu haqda bizə məlumat verməyib” – ABŞbackend

"İsrail Rəfah hücumu haqda bizə məlumat verməyib" - ABŞ

“İsrail hələ də ABŞ-a Rəfah şəhərində hərbi əməliyyat keçirmək, eləcə də buradan dinc əhalini təxliyə etmək planı barədə ətraflı məlumat verməyib”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Həm evakuasiya, həm humanitar mülahizələr, həm də hərbi komponent baxımından onların planları haqqında hələ də ətraflı məlumat almamışıq”, – Miller bildirib.

Qeyd edək ki, martın 31-də İsrailin Baş naziri Benyamin Netanyahu Rəfahda hərbi əməliyyat planlarının təsdiqləndiyini açıqlayıb. Onun fikrincə, şəhərə girmədən və orada HƏMAS batalyonlarını məhv etmədən Qəzza zolağında münaqişədə qələbə olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*