İsrail Ukraynaya niyə silah verə bilmir? – SƏBƏBbackend

İsrail Ukraynaya niyə silah verə bilmir? - SƏBƏB

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Rusiya ilə uzunmüddətli razılaşmalara görə Ukrayna Ordusunu silahla təmin edə bilməz.

KONKRET.az xəbər verir ki, bu barədə “Report” onun Berlində kansler Olaf Şoltsla danışıqlardan sonra birgə mətbuat konfransında verdiyi açıqlamaya istinadən yazır.

O xatırladıb ki, bir neçə il əvvəl İsraillə Rusiya Federasiyası arasında saziş bağlanıb. Daha sonra tərəflər İsrail və Rusiya pilotlarının Suriya hava məkanı yaxınlığında yan-yana uçması barədə razılığa gəliblər. Bu, İranın İsrail üçün “üçüncü cəbhə” açmasına mane olur.

“Amma bu məhdudiyyətlər və bu mülahizələr çərçivəsində biz Ukraynaya humanitar və müdafiə dəstəyi verməyə çalışırıq ki, bu da biz burada danışarkən baş verir. Biz Ukraynanı təkcə humanitar vasitələrlə dəstəkləmirik, həm də mülki müdafiəyə yardım edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*