İsrail və Qətər arasında gizli danışıqlar gedirbackend

İsrail və Qətər arasında gizli danışıqlar gedir

Qətər və İsrail Avropa paytaxtlarından birində əsir mübadiləsini nəzərdə tutan başqa bir saziş üzrə gizli danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail teleqram kanallarında Səudiyyə Ərəbistanındakı mənbələrə istinadən məlumat verilib.

Məlumata görə, saziş çərçivəsində HƏMAS-ın əsir götürdüyü İsrail ordusunun üç yüksək rütbəli zabiti də daxil olmaqla uşaq, qadın və kişiləri azad edəcəyi gözlənilir.

Öz növbəsində İsrailin 300-ə yaxın fələstinli əsiri azad etməyə hazır olduğu, o cümlədən uzunmüddətli həbs cəzası çəkən on yüksək rütbəli üzvü, eləcə də Fəth hərəkatının lideri Mərvan Barquti olduğu bildirilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*