Ötən gecə İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində 11 nəfərin həyatını itirdiyi, təxminən 300 nəfərin isə yaralandığı bildirilir. Rəsmi məlumatlara əsasən, 35 nəfər hələ də itkin düşmüş sayılır.
KONRKET.az xəbər verir ki, sosial şəbəkələrdə və media resurslarında yayılan görüntülərdə İranın raket zərbələri nəticəsində İsrailin müxtəlif şəhərlərində baş vermiş dağıntılar əks olunub. Kadrlar evlərin, ictimai obyektlərin və infrastrukturların ciddi zərər gördüyünü göstərir.
İranla İsrail arasında artan gərginlik regionda təhlükəsizlik vəziyyətini daha da kəskinləşdirib. Tərəflər bir-birini cavabdeh hesab edir və qarşılıqlı ittihamlar səngimir.
Natiq Səlim,
KONKRET.az