İsraildə Rusiya səfirliyi yaxınlığında partlayış olub.
KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya-24” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, diplomatik missiyanın bəzi əməkdaşlarının mənzillərinə yüngül zərər dəyib.
“Xoşbəxtlikdən birbaşa zərbə olmayıb, lakin belə xoşagəlməz hallar baş verdi”, – deyə diplomat bildirib.
O əlavə edib ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Rusiya diplomatik nümayəndəliyi İsraildə iş rejimini gücləndirib.