İsraildən vətəndaşlarına “Yəhudi Günü” ilə bağlı xəbərdarlıqbackend

İsraildən vətəndaşlarına "Yəhudi Günü" ilə bağlı xəbərdarlıq

İsrail İranın  hücumları səbəbilə sentyabrın 26-da başlayacaq və oktyabrın ortalarına qədər davam edəcək yəhudi bayramları zamanı vətəndaşlarına xaricə səyahət etməmələri barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Agentliyinin Terrorla Mübarizə Komitəsi açıqlama yayıb.

Bildirilib ki, “İran və müttəfiqləri” son iki ildə İsrail vətəndaşlarını hədəfə almaq üçün xaricdəki fəaliyyətlərini gücləndiriblər. İranın dünyanın müxtəlif ölkələrində israilliləri hədəfə almaq cəhdlərinin qarşısı 2021-2022-ci illərdə alınıb.

Xatırladaq ki, İsraillilər İbrani Yeni ilini sentyabrın 26-da, Yom Kippuru oktyabrın 5-də, Sukkotunu isə oktyabrın 10-da qeyd edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*