İsrailə dəstək tərsinə çevrildi: “ABŞ uzunmüddətli təhlükəsizliyə töhfə verə bilməz”backend

İsrailə dəstək tərsinə çevrildi: "ABŞ uzunmüddətli təhlükəsizliyə töhfə verə bilməz"

İsrail hər gün diplomatik cəhətdən daha da təcrid olunur.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Sallivan deyib.

“Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq forumlarda İsraili daha əvvəlki kimi güclü şəkildə müdafiə edən ölkələrin sayı azalır. Proseslərin başqa istiqamətə getdiyini gördük. Bu, bizi narahat edir.

Təl-Əviv rəhbərliyinə xəbərdarlıq ABŞ dövlət katibi Antoni Blinkendən də gəlib. Nümayəndələr Palatasında büdcə iclasında Qəzza və Rəfahdakı son vəziyyətlə bağlı sualları cavablandıran Blinken bir daha İsraili etibarlı və mümkün hərtərəfli plan olmadan Rəfaha böyük hücuma başlamaq barədə xəbərdar edib. “İsrail (HƏMAS-ın) qalan batalyonlarını məhv etmək üçün bütünlüklə Rəfaha girərsə, problem həll olunmayacaq”, – Blinken bildirib. Belə bir hücumdan sonra da minlərlə silahlı Həmas üzvü qalacaq. “Bu halda İsrail Qəzzada böyük müqavimətə rast gələcək və buna görə məsuliyyət daşıyacaq.

Bu arada Almaniya kansleri Olaf Şolçun sözçüsü Steffen Hebestrayt Beynəlxalq Cinayət Məhkəməsinin qərar verəcəyi təqdirdə Almaniyanın qanuna əməl edəcəyini bildirib. Hebestrayt “Qərar verilərsə, İsrailin baş naziri Benyamin Netanyahu ölkəyə ayaq basan kimi həbs olunacaq” deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*