İsrailin ABŞ-dakı səfirliyi bağlandıbackend

İsrailin ABŞ-dakı səfirliyi bağlandı

İsrailin ABŞ-dakı səfirliyi bağlanıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı diplomatik missiyasından bildirilib.

Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.

Məlumata görə, İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut bütün dövlət qulluqçularına, o cümlədən diplomatik nümayəndəliklərə tətil elan etməyi tapşırıb. Bu çağırış İsrailin xaricdəki bütün səfirlik, konsulluq və təmsilçiklərinə də aiddir.

Ölkənin Vaşinqtondakı səfirliyi növbəti qərara qədər bağlı qalacaq, həmçinin konsulluq xidməti göstərilməyəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*