İsrailin Baş naziri əsas tərəfdaşını vəzifədən AZAD ETDİbackend

İsrailin Baş naziri əsas tərəfdaşını vəzifədən AZAD ETDİ

İsrailin Baş naziri əsas müttəfiqini işdən çıxarıb.

KONKRET.az İsrail mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Ali Məhkəmənin qərarı ilə daxili işlər naziri və səhiyyə naziri Arye Derini tutduğu vəzifədən azad edib.

Netanyahu “The Times of Israel” qəzetində dərc olunan bəyanatında bildirib ki, o, “ağır ürək və təəssüf hissi ilə” Derini vəzifəsindən uzaqlaşdırmaq məcburiyyətində qalıb.

O, həmçinin qeyd edib ki, Deri zəngin təcrübəsinə və əhalinin fəal dəstəyinə görə vəzifələrə təyin edilib, məhkəmə isə xalqın iradəsinə məhəl qoymayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*