İsrailin xarici işlər naziri Gideon Saar yəhudi dövlətinin İranla bağlı üç hədəfinin olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, hakimiyyət dəyişikliyinin strategiyanın bir hissəsi olduğunu qeyd edib.
“Biz nüvə silahı hazırlanan bazaların və İran komandanlarının aradan qaldırılmasını bu müharibənin rəsmi və elan edilmiş hissəsi adlandırdıq”.
Nazir İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneinin aradan götürülməsinin bu məqsədlər arasında olub-olmaması ilə bağlı suala cavab verməyib. “Biz heç vaxt planlarımızı demirik,” – nazir vurğulayıb.
Eyni zamanda Saar İranda hakimiyyət dəyişikliyinin hələlik strategiyanın bir hissəsi olmadığını açıqlayıb. “Təhlükəsizlik şurası hələ bu müharibədə rejim dəyişikliyini məqsəd kimi təyin etməyib”
O, münaqişənin iqtisadi yollarla həllinə inanmadığını da qeyd edib.
“Mən İranla diplomatiyaya o qədər də inanıram. Əvvəlki bütün diplomatik səylər uğursuzluğa düçar olub. İran tərəfindən İsrailin münasibətini dəyişən hər hansı konkret təklif gəlməyib”.
Eyni zamanda Saar beynəlxalq hüquq ilə bağlı ittihamları qəti şəkildə rədd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az