“İsrailin Qəzzada əməliyyatları dayandırmağa haqqı yoxdur” – Galantbackend

"İsrailin Qəzzada əməliyyatları dayandırmağa haqqı yoxdur" - Galant

“Radikallar tərəfindən saxlanılan bütün girovlar azad edilməyincə və HƏMAS anklavda hakim və hərbi qüvvə kimi ləğv edilənə qədər İsrailin Qəzza zolağında əməliyyatları dayandırmağa mənəvi haqqı yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qalant amerikalı konqresmen Riçi Torresi qəbul edərkən deyib.

Qalant bildirib ki, İsrail ABŞ-ın sarsılmaz dəstəyini yüksək qiymətləndirir.

Nazir həmçinin İsrail ilə ABŞ arasında möhkəm əlaqələrin təmin edilməsinin vacibliyini vurğulayıb. O, Vaşinqtonun müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirməsinə və müharibədə məqsədlərinə çatmaq səylərində İsraili dəstəkləməsinə önəm verdiyini dilə gətirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*