İsrailin Qəzzaya hücumlarında azı 100 fələstinli həlak oldubackend

İsrailin Qəzzaya hücumlarında azı 100 fələstinli həlak oldu

İsrailin Qəzza zolağına sonuncu hücumları nəticəsində azı 100 fələstinli həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında köçkün fələstinlilərin sığındığı dörd məktəbi bombalaması nəticəsində ən azı 100 nəfər ölüb.

Ölənlər arasında “Əl-Cəzirə” kanalının operatoru, daha iki fələstinli jurnalist və Fələstin Mülki Müdafiəsinin beş əməkdaşı olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*