İsrailin yeni səfiri Rusiya XİN-ə ÇAĞIRILDIbackend

İsrailin yeni səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

İsrailin Rusiyadakı səfiri Simone Halperin mətbuatda yer alan bəyanatlara görə, Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Diplomat təxminən 1 saat 40 dəqiqə Rusiya diplomatik binasında qalıb. O, jurnalistlərin suallarına cavab verməyib.

Qeyd edək ki, Halperin “Kommersant”a müsahibəsində xüsusən də HAMAS-ın niyə Rusiyanın terror təşkilatları siyahısına daxil edilmədiyi sualını verib. “Rusiyanın mövqeyi məni narahat edir, çünki buna görə ölkəniz israillilərin, o cümlədən rusdillilərin rəğbətini itirir”, – deyə İsrail səfiri müsahibəsində bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*