İsrailli siyasətçidən Netanyahuya SƏRT SÖZLƏR: “Ağılsızlıqdır”backend

İsrailli siyasətçidən Netanyahuya SƏRT SÖZLƏR: "Ağılsızlıqdır"

İsrailli müxalif siyasətçi Yair Qolan hökumətə qarşı sərt ittihamlarla çıxış edib. O, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi administrasiyanı Qəzza zolağında həyata keçirilən hərbi əməliyyatlara görə kəskin şəkildə qınayıb.

KONKRET.az xəbər verir ki, Qolan yerli radioda qatıldığı proqramda bildirib:

“Ağıllı ölkə mülki şəxslərə atəş açmır və ya körpələri hobbi kimi öldürmür”.

Onun sözlərinə görə, İsrail ordusu Qəzzada günahsız uşaqları məqsədli şəkildə hədəfə alır.

“Mülki insanları öldürmək ağılsızlıqdır. İsrail Qəzzada körpələri hobbi olaraq öldürür, əgər ağıllı davranmasaq, pariya dövlətinə çevriləcəyik,” -deyə Yair Qolan vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*