İstanbul Avropa şəhərləri arasında BİRİNCİ OLDUbackend

İstanbul Avropa şəhərləri arasında BİRİNCİ OLDU

1971-ci ildən ABŞ-da nəşr olunan səyahət və tətil jurnalı “Travel and Leisure” oxucuları “Dünyanın Ən Yaxşıları Mükafatı” sorğusunda Avropanın 15 sevimli şəhərini müəyyənləşdiriblər.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, təxminən 165 min oxucu memarlıq, yemək mədəniyyəti, ümumi mədəniyyət, hostinq və alış-veriş baxımından üstünlük verdiyi şəhərlərə səs verib.

Belə ki, İstanbul 90,23 balla Avropanın sevimli şəhəri seçilib.

“Travel and Leisure” İstanbulla bağlı verdiyi açıqlamada bildirib: “Türkiyə çətin bir ildən keçsə də, oxucular İstanbulu siyahının başında yerləşdiriblər. Oxuculardan bəziləri İstanbulu “gözəl şəhər”, digəri isə “hər büdcəyə uyğun şəhər” adlandırıb”.

İstanbulda ən çox bəyənilən yerlər arasında Kapalıçarşı, Boğaziçi və Sultanahmet Meydanı olub.

Məlumata görə, Florensiya, Roma, Praqa, Barselona, ​​Edinburq, Bordo və Vyana da siyahıda yer alıb.

Bundan əlavə, İstanbul oxucuların səsverməsi ilə dünyanın 25 sevimli şəhəri arasında 8-ci yerdə qərarlaşıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*