“İstanbulda 600 min mənzil dağıla bilər” – Nazirdən şok zəlzələ AÇIQLAMASIbackend

"İstanbulda 600 min mənzil dağıla bilər" - Nazirdən şok zəlzələ AÇIQLAMASI

“İstanbulda 7 və daha çox bal gücündə zəlzələ nəticəsində təxminən 600 min mənzil dağa bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə .Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki məlumat verib.

O bildirib ki, 17 milyonluq şəhərin mənzil fondunun dörddə biri risk altındadır.

“İstanbulda təxminən 1,5 milyon mənzil və ya onun dörddə biri risk altındadır. 7 bal gücündə zəlzələ baş verərsə 600 mindən çox mənzil yer üzündən silinə bilər”, – deyə nazir qeyd edib.

Özhaseki deyib ki, rəhbərlik etdiyi nazirlik, digər idarələr və yerli hakimiyyət orqanları belə bir vəziyyətin baş verməməsi üçün hərəkətə keçib:

“Biz ehtiyat əraziləri müəyyən etmişik, 300-350 min ev tikməyi planlaşdırırıq. İstanbulun xüsusi abadlıq layihəsinə ehtiyacı var, biz bunun üzərində işləyirik”, – deyə nazir bildirib.

O əlavə edib ki, bu məsələyə Parlamentin payız sessiyasında baxılması planlaşdırılır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*