İstanbulda güclü zəlzələ 2 dəqiqə davam edəcək – Şokbackend

İstanbulda güclü zəlzələ 2 dəqiqə davam edəcək - Şok

Mərmərə dənizində ən azı 7 bal gücündə zəlzələ gözlənilir.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli akademik, məşhur geoloq Cəlal Şəngör deyib.

“Zəlzələnin 2 dəqiqə davam edə biləcəyini düşünürük. Əgər seysmik xətt Silivridən Çekmeceyə qədər qırılarsa, qorxacaq bir şey yoxdur, ancaq seysmik xətt Gebzə sahillərinə qədər uzanarsa, 7,5 bal gücündə zəlzələ meydana gətirər”, – geloq bildirib.

Digər türkiyəli geoloq isə zəlzələnin baş vermə tarixindən danışıb:

“İstanbula təsir edəcək böyük zəlzələ 2045-ci ildən əvvəl olmayacaq. Mümkün İstanbul zəlzələsinin 2045-ci ildən əvvəl baş verməsi təəccüblü olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*