İstanbulda israillilərin “ovuna” bu şəxs rəhbərlik edir – FOTObackend

İstanbulda israillilərin “ovuna” bu şəxs rəhbərlik edir – FOTO

İsrail İranın İstanbulda israillilərə qarşı genişmiqyaslı əməliyyatına cavabdeh olan şəxsin adını açıqlayıb. Söhbət İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin rəhbəri Hüseyn Tayyibdən gedir.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin Vesty.co.il nəşri yayıb.

“Tayyib son günlər İranın hərbi strukturlarının rəhbərliyində mövqelərini gücləndirmək məqsədilə Türkiyədə günahsız israillilər üçün əsl ova çıxıb”, – İsrail kəşfiyyatı bildirib.

Bir neçə naməlum iranlı qrupunun Türkiyə ərazisində fəaliyyət göstərdiyi, sosial media vasitəsilə israillilərin izinə düşdüyü və ya onları İstanbulun məşhur turistik yerlərində tapmağa çalışdığı güman edilir. Nəşr iddia edir ki, ya İsrail vətəndaşlarının qaçırılması, ya da onların yerindəcə məhv edilməsi planlaşdırılır.

Tayyib 2009-cu ildən bəri İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatının rəhbəridir. İrandan yayılan xəbərlərə görə, İslam Respublikasının rəhbərliyi son vaxtlar işindəki uğursuzluqlara görə Tayyibin vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.

İsrail kəşfiyyat mənbələri qeyd edib ki, “Tayyib ekstremist baxışları ilə tanınır. Son günlər o, özünü “yaralı heyvan” kimi aparır. İslam İnqilabı Keşikçiləri Korpusundakı statusunu qoruyub saxlamaq üçün işini yarımçıq buraxmayacaq. Həm Türkiyədə, həm də xaricdə nəyin bahasına olursa-olsun israillilərə qarşı terror aktı törədəcək”.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*