“İstedadlı insanlar üçün ən ağır cəza istedadsızlara tabe olmaqdır” – Kənan MM SƏRT DANIŞDIbackend

"İstedadlı insanlar üçün ən ağır cəza istedadsızlara tabe olmaqdır" - Kənan MM SƏRT DANIŞDI

“Mən o vaxt çox böyük qələt elədim, “Savaşçı” dizisindın ayrıldım. Elə bildim burada lazımam. Elə bildim, oz Vətənimin mədəniyyətinə xidmət eləməyə imkan yaradacaqlar. Daha bilmədim ki, mən gələnə kimi budcəni yeyəcəklər. Bimədim, tv kanal məndən serialin bir bölümünü iki min manata cəkməyimi istəyəcək. Mən bilmədim, kanallar yalnız öz və istedadsız adamlarına dəstək olacaqlar. Mən bilmədim, ögey rejissor kimi davranacaqlar və hələ də çox şeyi bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, mən heç vaxt yaltaq olmayacam. Hə, bu arada bütün mədəniyyət isçilərinə səslənirəm: vallah, billah, nə qədər gec deyil, canınızı qurtarın bu sənətdən, tik-toka girin”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış aktyor və rejissor Kənan Mahmudov (MM) özünün Facebook hesabında paylaşıb.

Onun ard-arda yazdığı giley-güzarlı statusları izləyicilərinin diqqətindən yayınmayıb. İstedadlı aktyorun sənətdən küskünlüyü pərəstişkarlarının narahatlığına səbəb olub.

Əməkdaşımız Kənan MM-lə əlaqə saxlayaraq, məsələ ilə bağlı fikirlərini öyrənib. Rejissor mediadan da incikliyini gizlətməyib:

“Azərbaycan mediasından küsmüşəm. 22 ildir özümü öldürürəm, bir nəfər yazmadı, bir sarkazm yazdım, hamı yazdı”.

Aktyor sənətçilərə də səslənib:

“Nə qədər gec deyil, qaçın, canınızı qurtarın bu sənətdən… Kanala 2 min manata serial çəkməkdən, 300 manat maaş almaqdan, “türklər kimi çəkə bilmirsiniz” ifadələri eşitməkdən canınızı qurtarın… Hə, bu arada heç kim bu sənətdən qopa bilməz, çünki bu sənət bir xəstəlikdir ki, məzara qədər bizimlədir. Allah heç bir istedadlı insana istedadsız rəhbərin kabinetində boynubükük halda qərar gözləmək nəsib eləməsin. İstedadlı insanlar üçün ən ağır cəza istedadsız insanlara tabe olmaqdır. Tək istedad ilə də heç nə eləmək olmaz… Biz sehrbaz deyilik və heç bir kanalın haqqı yoxdur bizdən keyfiyyətli iş istəməyə. Özləri bilir nəyə görə…”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*