İsti hava şəraiti bu tarixədək davam edəcək – İqlimşünasbackend

İsti hava şəraiti bu tarixədək davam edəcək - İqlimşünas

Sentyabrın son günlərində ölkə ərazisində müşahidə olunan 22–26 dərəcə isti hava şəraiti bir çoxlarını təəccübləndirib. Maraqlıdır, payızda günəşli, yağmursuz hava şəraiti adətən oktyabrın ortalarına kimi davam edə bilərmi?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, sentyabrın son günlərində ölkədə havanın 22–26 dərəcə isti keçməsi payız fəslinin iqlim xüsusiyyətləri ilə izah olunur. Payız- isti yay fəsli ilə soyuq qış arasında keçid dövrüdür:

Azərbaycanda kəskin istilər düşəcək? | KONKRET

“Ölkəmizdə payız fəsli 22 sentyabrdan 21 dekabradək davam edir. Keçid fəsli olduğundan bu dövrdə havaların bəzi günlərdə yağıntılı, bəzi günlərdə isə günəşli və yağmursuz keçməsi onun təbii iqlim xüsusiyyətlərindəndir. Sentyabr ayının üçüncü ongünlüyündən etibarən havanın temperaturu aşağı enməyə başlayır, oktyabr və noyabr aylarında isə intensiv eniş davam edir”.

Ekspertin sözlərinə görə, Bakıda və Abşeron yarımadasında sentyabr ayının orta aylıq temperaturu +21,3–22,4 °C, maksimum orta temperatur isə +26 °C təşkil edir.

“Bu səbəbdən payızın ilk həftələrində günəşli və yağmursuz hava şəraitinin davam etməsi təbii sayılır və bu hal adətən oktyabrın ortalarınadək müşahidə edilə bilər”.

Qeyd edək ki, həftəsonu ölkə ərazisində hava şəraitinin dəyişkən olacağı, bəzi yerlərdə isə fasilələrlə yağıntı yağacağı proqnozlaşdırılır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*