İsmayıllıya istirahətə gedən dostlar arasında bıçaqlanma olub.
KONKRET.az-ın məlumatına görə, 48 yaşlı Şərur sakini Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir. Belə ki, uzun illər aralarında dostluq münasibətləri olan şəxslər İsmayıllı rayonuna istirahət məqsədilə gəlibmiş.