İsveç NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparaya məlumat verib.
Türkiyə xarici işlər nazirinin müavini qeyd edib ki, İsveçin Şimali Atlantika Alyansına qoşulması “Avro-Atlantik regionu daha təhlükəsiz edəcək” və eyni zamanda Ankara ilə Stokholm arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək.
Diplomat bildirib ki, İsveç tərəfinin Ankaranın “qanuni təhlükəsizlik narahatlıqları” ilə bağlı təsəvvürlərində “müsbət dəyişikliklər” var ki, bu da ilk növbədə PKK-ya qarşı mübarizə ilə bağlıdır.
Akçapar İsveçin Türkiyəyə terrorla mübarizə üçün atmalı olduğu addımları ehtiva edən yol xəritəsi təqdim edəcəyini bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az