İsveç üçüncü dəfə “Avroviziya”ya ev sahibliyi edəcəkbackend

İsveç üçüncü dəfə "Avroviziya"ya ev sahibliyi edəcək

Sayca 68-ci dəfə keçiriləcək 2024-cü “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.

KONKRET.az Avropa Yayım Birliyinə istinadən xəbər verir ki, müsabiqənin yarım-final və final mərhələləri “Malmö Arena”da baş tutacaq. Sözügedən məkan 15 000 nəfər tamaşaçı tutumuna malikdir və 2013-cü ildə də “Avroviziya”ya ev sahibliyi edib.

Müsabiqənin yarım-final mərhələləri 7 və 9 mayda, final mərhələsi isə 11 may tarixində olacaq.

Qeyd edək ki, müsabiqə tarixində ilk dəfədir ardıcıl 5 il ev sahibliyi paytaxt şəhərlərə həvalə edilmir.

Xatırladaq ki, bu il Liverpulda keçirilən sayca 67-ci “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi İsveç bundan öncə 1991 və 2012-ci illərdə də qalib olub. 2012 və 2023-cü illərin qalibi müğənni Loreen olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*