“İsveç verdiyi sözü yerinə yetirmədi” – Bəkir Bozdağbackend

“İsveç verdiyi sözü yerinə yetirmədi” - Bəkir Bozdağ

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İsveçdəki PKK aksiyasından söz açıb.

KONKRET.az xəbər verir ki, nazir İsveçi verdiyi sözə əməl etməyə çağırıb:

“İsveç verdiyi sözü yerinə yetirmədi. Hadisələr İsveç polisinin gözləri önündə baş verdi. Polis isə buna icazə verdi və izlədi. İsveç bu addımı atan terrorçuları tutub dərhal məhkəməyə təslim etməlidir”.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholm şəhərində keçirilən aksiya zamanı PKK tərəfdarları Ərdoğana qarşı təxribat törədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*