İsveçdə Quranı yandıran 3 yeniyetmə saxlanıldıbackend

İsveçdə Quranı yandıran 3 yeniyetmə saxlanıldı

İsveç polisi Malmö şəhərində Quranın yandırılması hadisəsindən sonra baş vermiş iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən üç yeniyetməni saxlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılanlar 15 yaşına çatmamış yeniyetmələrdir.

Onlardan biri iki dəfə Quranı yandırmaqda şübhəli bilinir.

Sentyabrın 3-də Quran yandırma hadisəsi zamanı Malmödə baş verən iğtişaşlarla bağlı 17 yaşlı oğlan da daxil olmaqla ümumilikdə 8 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*