İsveçrə bankı İvanişviliyə 1 milyard dollar ÖDƏYƏCƏKbackend

İsveçrə bankı İvanişviliyə 1 milyard dollar ÖDƏYƏCƏK

“Credit Suisse” İvanişviliyə təxminən 1 milyard dollar ödəyəcək.

KONKRET.az “Moskva Tayms”a istinadən xəbər verir ki, Sinqapur Beynəlxalq Kommersiya Məhkəməsi “Credit Suisse”ni 2012-2013-cü illərdə Gürcüstan hökumətinin başçısı olmuş Bidzina İvanişviliyə sərvətinin bir hissəsini itirdiyinə görə 926 milyon dollar ödəməyə məcbur edib.

Məhkəmə cümə günü açıqladığı qərarında müəyyən edib ki, İsveçrə bankı Sinqapurdakı “Credit Suisse” Trust-ın müşaviri Patris Leskodrona girişi əngəlləməyərək, İvanişvilinin aktivlərinin təhlükəsizliyini təmin etməyib.

“Credit Suisse” dərhal hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

“Credit Suisse”in 926 milyon dollar borcu dekabrda onlara ödənilmiş 79 milyon dollar qədər azalacaq.

2018-ci ildə Leskodron keçmiş müştərilərinin, o cümlədən İvanişvilinin imzalarını saxtalaşdırdığına görə səkkiz il müddətinə həbs cəzasına məhkum edilib.

O, sövdələşmələri saxtalaşdırdığını və itkiləri gizlətdiyini etiraf edib. Fırıldaqçılıq ona on milyonlarla İsveçrə frankı qazandırıb.

O, 2019-cu ildə azadlığa çıxıb və 2020-ci ildə intihar edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*