İsveçrə: Bıçaqlı hücumda üç uşaq yaralandıbackend

İsveçrə: Bıçaqlı hücumda üç uşaq yaralandı

İsveçdə uşaqlar bağçaya gedərkən qəfil hücuma məruz qalıblar.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Sürix şəhərində beş yaşlı üç oğlan uşaq bağçasına gedərkən bıçaqlı hücum nəticəsində yaralanıb.

Uşaqlar xəstəxanaya çatdırılıb. Polisdən verilən açıqlamada oğlanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Hücumla bağlı şübhəli bilinən 23 yaşlı Çin vətəndaşı həbs edilib. Polis hələlik onun hərəkətinin motivlərini açıqlamayıb.

Hadisə çərşənbə axşamı günortadan sonra şəhərin Oerlikon rayonunda baş verib.

Uşaqların yanında uşaq bağçası işçisi də olub. O, başqa bir adamın köməyi ilə təcavüzkarı üstələyib və polis gələnə qədər onu saxlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*