İsveçrədə hicab qadağası ilə bağlı referendum keçirilirbackend

İsveçrədə hicab qadağası ilə bağlı referendum keçirilir

Bu gün İsveçrədə üzü örtən geyimlərin qadağasını nəzərdə tutan Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilir.

KONKRET.az-ın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, söhbət hicab və çadradan, o cümlədən futbol azarkeşlərinin istifadə etdikləri üz örtüklərindən gedir.

Konstitusiyaya dəyişikliyin təşəbbüskarı İsveçrə parlamentinin deputatı, İsveçrə Xalq Partiyasının üzvü Valter Vobmanndır. İsveçrə hökuməti və parlamentdəki deputatların əksəriyyəti bu təşəbbüsün əleyhinə çıxış edir və vətəndaşları bu qadağanın nəzərdə tutan dəyişikliyin əleyhinə səs verməyə çağırırlar.

Federal Ədliyyə və Polis Departamentinin rəhbəri Karin Keller-Sutter bildirib ki, İsveçrədə tamamilə üz və bədəni örtən geyimlər geyən 20-30 qadın var. Bu qadağa daha çox qısa müddətdə ölkəyə gələn turistlərə təsir edəcək. Karin Keller-Sutter deyib ki, üzü örtən geyimləri qadağan etmək ekstremizm və terrorizmdən müdafiəni təmin etmir, ölkədə bununla bağıl daha effektiv vasitələr mövcuddur.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*