İtaliya səfiri İrəvanda qəzaya düşdübackend

İtaliya səfiri İrəvanda qəzaya düşdü

İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo İrəvanda qəzaya düşüb.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın İrəvandakı səfirliyi yayıb.

Məlumata görə, qəza mayın 19-u 16:00 radələrində Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib.

Belə məlum olub ki, sözügedən ərazidə “Mersedes” və səfirin içərisində olduğu “Audi” markalı avtomobillər toqquşub.

Qəzadan sonra səfir Di Rizo xəstəxanaya çatdırılıb.

Ermənistan polisinin Mətbuat xidməti isə qəzada xəsarət alan sərnişinin şəxsiyyətini açıqlamayıb. Məlumatda yalnızca qeyd olunub ki, “Audi” markalı avtomobildə olan 57 yaşlı sərnişin travma aldığından xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*