İtaliya-Yunanıstan savaşı: 1940-41-in Türkiyə bəhanəsi ilə 2022 TƏKRARI? – ŞƏRHbackend

İtaliya-Yunanıstan savaşı: 1940-41-in Türkiyə bəhanəsi ilə 2022 TƏKRARI? - ŞƏRH

İstənilən savaşda rəqibi dəyərləndirməmək ağır başa gəlir. Hazırkı Rusiya-Ukrayna savaşı da bunun nümunəsidir. Məhz buna görə Azərbaycan İrəvanı kapitulyasiyaya imza atdırmaq üçün 30 ilə qədər gözlədi.

KONKRET.az bu dəfə Mussolini İtaliyasının Yunanıstan aqressiyası və Apennin-Balkan zonasının indiki gərginliyindən söz açacaq. Əvvəlcə tarixə nəzər salaq:

– 1935-ci ildə Mussolini Efiopiya oazisi olan Abissiniyada tank, artilleriya, aviasiya və kimyəvi silahlar hesabına birtəhər qələbə qazandı. Efiopiyalılar həmin vaxt qalxan-qılıncla vuruşacaq dərəcədə zəif olublar. Lakin İtaliya çətinlik çəkib;
– İtalyanlar Afrikada krizis yaşayan fransızlardan pay qoparda bilməyiblər;
– Tam fiasko Britaniya nəzarətində olan Misirin zəbt cəhdi olub;
– Albaniyanı tutan italyan işğalının növbəti istiqaməti Yunanıstan idi;

Yunanıstanda faşizm hökm sürsə də, müharibəyə hazırlıq gedirdi. İoannis Metaksas ölkəsini Almaniya və İtaliyaya qarşı döyüşə kökləmişdi.

– Afina Roma ilə müharibə istəmirdi, lakin Mussolini yunanlara asan şikar kimi baxırdı;
– Elə buna görə də Hitler kimi uduzdu;

Hazırda İtaliya-Yunanıstan münasibətləri normal xarakter kəsb edir. Sadəcə, tarixi kin mövcuddur. Çünki 2 min ildən çox müddətdə hər iki millətin əli bir-birinin qanına bulaşıb. Bundan başqa, hazırda Yunanıstan daha çox Fransanın fətvasına gedir. Fransızlar da italyanların yaddaşında mələk kimi qalmayıb. Müasir dövrdə Yunanıstanın ən çox gərginlik yaşadığı və savaş ehtimallarının olduğu ölkə Türkiyədir.

Lakin bir əmma var:

• Fransa, İtaliya, Yunanıstan və Türkiyə NATO üzvləridir.

Yunanıstana kəşfiyyat dronları yollayan ABŞ şimal alyansının ən güclü ordusudur. Ağ Ev bunu alyansdaxili əməkdaşlıq öhdəliklərinə görə edir. Çoxları isə düşünür ki, amerikanların məqsədi Ankaraya təzyiqdir. Səhnə arxasında Vaşinqton və Londonun Parisi zəiflətmək planları sezilir.

Türkiyə də bunda maraqlıdır. Belə bir missiyanın yerinə yetirilməsi üçün yalnız NATO-nun içində parçalanma, koalisiyalara nail olmaq lazımdır. Yunanıstan erməni qədər kiçik gedişli Fransanın təsirindən çıxmasa, hər ikisi təklənəcək. Əgər bu gün İsveç kimi ölkələrin NATO-ya üzvlüyünə Türkiyənin razılığı ilə baxılırsa, sabah Böyük Britaniya və ABŞ-ın tələbi ilə Fransanın alyansdan xaric edilməsi də müzakirə oluna bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*