İtaliyada COVİD pasportu əleyhinə aksiyalar keçirildi – VİDEObackend

İtaliyada COVİD pasportu əleyhinə aksiyalar keçirildi – VİDEO

İtaliyanın müxtəlif bölgələrində COVID pasportların tətbiqi ilə bağlı etiraz aksiyaları keçirilib.

KONKRET.az xəbər verir ki, ölkə əhalisi hökumətin müvafiq sənəd olmadan əməkdaşların iş yerlərinə buraxılamyacağı ilə bağlı qərarına cavab olaraq öz mövqeyini bu şəkildə ifadə edib.

Paytaxt Romada nümayişçilər Böyük Sirkin qarşısındakı meydana toplaşıb.

İtaliyanın bir çox ərazilərini əhatə edən nümayişlərdən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Appenin ölkəsində sonuncu dəfə analoji aksiyalar oktyabrın 9-da baş tutub. Həmin gün nümayişlərdə xüsusi fəallıq göstərən 12 nəfər saxlanılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*