İtaliyada daşqınlar 7 nəfərin həyatına SON QOYDUbackend

İtaliyada daşqınlar 7 nəfərin həyatına SON QOYDU

İtaliyada sel fəlakəti nəticəsində 7 nəfər həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın “ANSA” agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin şərqindəki Marche bölgəsində yağan leysan yağışları daşqınlara səbəb olub.

Xilasedicilər Ostra, Ankonada 4, Trecastelli, Barbara və Bettolelledə isə ümumilikdə 7 nəfərin cəsədini aşkar ediblər.

Barbara qəsəbəsində isə biri uşaq olmaqla 3 nəfərin axtarışları davam edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*