İtaliyada vulkan böhranı: fövqəladə səfərbərlik elan edildibackend

İtaliyada vulkan böhranı: fövqəladə səfərbərlik elan edildi

İtaliyanın Stromboli adasında yerləşən eyniadlı vulkanda müşahidə olunan aktivliyə görə mülki müdafiə qüvvələrinin fövqəladə səfərbərlik vəziyyəti elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçi fərman imzalayıb.

Nazir vulkanoloqların rəyi nəzərə alınaraq, bölgədə qırmızı xəbərdarlıq səviyyəsi elan edildiyini bildirib.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, hazırda vulkanda aktivlik səviyyəsi intensivləşib. Bu vəziyyətin qısa müddət ərzində dəyişəcəyi gözlənilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*