İtkin düşən 3 yaşlı uşaqdan üzücü xəbər…backend

İtkin düşən 3 yaşlı uşaqdan üzücü xəbər...

Türkiyənin Şanlıurfa şəhərində itkin düşən 3 yaşlı uşaq fosseptikdə ölü tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, axşam saatlarında Harran rayonunun Duran kənd məhəlləsində oynayan 3 yaşlı Taha Çiftçioğlu qəfildən yoxa çıxıb. Yaxınları uşağı tapa bilməyəndə jandarma qruplarına xəbər verib. Hadisə yerinə gedən qruplar kiçik uşağı fosseptikdə ölü tapıblar. Edilən müayinələrin ardından cəsəd ekspertiza edilmək üzrə Şanlıurfa Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.News24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*