İvanişvili Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməməsinin səbəbini izah edibbackend

İvanişvili Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməməsinin səbəbini izah edib

“2008-ci ildə Ukrayna və Gürcüstan NATO-ya qəbul edilmədi. Buna səbəb  Kiyev və Tbilisini Rusiya ilə müharibə üçün “işçi qüvvəsi” kimi saxlamaq idi”. 

KONKRET.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili deyib: “Qərb bəyan edir ki,  NATO-nun Rusiya-Ukrayna müharibəsinə qarışmasının əleyhinəyik. Amma onlar  Ukraynaya silah və pul verməklə müharibəni daha da alovlandırırlar”.

Onun sözlərinə görə, 2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan bir-iki ölkənin mövqeyinə görə deyil, “NATO koordinatorları”nın istəyinə  görə üzvlükdən imtina edi. O, kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib: “Onlar Gürcüstanı və Ukraynanı məhz buna görə xilas etdilər. Bunun fonunda biz Saakaşvilidən yaxşı dərs aldıq. O, 2008-ci ildə bizi müharibəyə sürüklədi”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*