Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 16,17,23,24,30 aprel və 1 mayda keçiriləcək.
Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.
Tarix | Şəhər (rayon) |
16.04.2022 | Sabunçu, Sumqayıt (I hissə), Gəncə (Kəpəz), Qax, Balakən, Lənkəran, Ağdam, Tərtər, İsmayıllı, İmişli, Qusar, Biləsuvar, Gürcü bölməsində təhsil alanlar. |
17.04.2022 | Binəqədi, Səbail, Abşeron (I hissə), Gəncə (Nizami), Oğuz, Zaqatala, Astara, Ağcəbədi, Şamaxı, Saatlı, Şabran, Siyəzən, Xızı. |
23.04.2022 | Qaradağ, Yasamal, Sumqayıt (II hissə), Goranboy, Naftalan, Tovuz, Cəlilabad (I hissə), Beyləqan, Ağdaş, Ağsu, Şirvan, Xaçmaz (I hissə), Qobustan, Hacıqabul. |
24.04.2022 | Xəzər, Xətai, Abşeron (II hissə), Mingəçevir, Şəmkir, Masallı (I hissə), Füzuli, Ucar, Zərdab, Neftçala, Quba (I hissə) |
30.04.2022 | Nəsimi, Nərimanov, Naxçıvan MR, Göygöl, Daşkəsən, Qazax, Gədəbəy, Cəlilabad (II hissə), Lerik, Şəki, Bərdə, Göyçay, Sabirabad, Xaçmaz (II hissə). |
01.05.2022 | Suraxanı, Nizami, Pirallahı, Samux, Ağstafa, Masallı (II hissə), Yardımlı, Qəbələ, Yevlax, Kürdəmir, Salyan, Quba (II hissə), *Bakı xüsusi məktəblər, Çilov, ingilis və fransız bölmələrində təhsil alanlar. |