İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir? – AÇIQLAMAbackend

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir? - AÇIQLAMA

Qəbul imtahanlarından uğurlu nəticə əldə edən abituriyentlərin qarşısında duran növbəti məsuliyyətli məsələ ixtisas seçimidir. Lakin çox zaman abituriyent valideynlərin basqısı altında istəmədiyi fakültəni seçmək məcburiyyətində qalır. Nəticədə kortəbii edilən seçim cəmiyyətdə peşəkarların yetişməsinə maneçilik törədir. Bəs düzgün ixtisas seçimi necə aparılmalıdır?

KONKRET.az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerinə diqqət yetirmək vacibdir. Ekspertin sözlərinə görə, ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərən amillərdəndir:

“Vacib bir məsələni bildirmək istəyirəm ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlanmalıdırlar. Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Qeyd edim ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir”. Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*