İyul ayı üçün pensiya və müavinətlər ödənilməsi başa çatdıbackend

İyul ayı üçün pensiya və müavinətlər ödənilməsi başa çatdı

İyul ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişi başa çatdırılıb.

KONKRET.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyul ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini Qurban bayramı ilə əlaqədar vaxtından əvvəl təmin edib.

İyul ayının 8-15-i arasında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesabına köçürülüb.

Beləliklə, iyul ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımları qrafikdən əvvəl – bayrama qədərki günlərdə ödənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*