İyul ayında 3 manata pomidor? – Ekspertlər bahalaşmanın səbəblərindən danışır + RƏYLƏRbackend

İyul ayında 3 manata pomidor? - Ekspertlər bahalaşmanın səbəblərindən danışır + RƏYLƏR

Alıcılar iyul ayı olmasına baxmayaraq bazarda satışa çıxarılan pomidorun bahalılığından narazıdır. Onlar əvvəlki illərin iyul ayında qiymətin indikindən ucuz olduğunu söyləyirlər.

Pomidorun ucuzlaşmamasının səbəbləri nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Sabirabadda pomidor istehsalı ilə məşğul olan fermer Qabil Ağayev deyir ki, qiymətlərin bahalılığı əlverişsiz hava şəraitinin yığıma mənfi təsiri ilə bağlıdır:

Fermerlərə xəbərdarlıq: Sığortasız əkin sahələri subsidiya ala bilməyəcək

“İndi bostan dövrüdür. Təsərrüfatlarda əkilən məhsul oktyabr-noyabr aylarında çıxaracaq. Hazırda bazarlara Xaçmaz, Quba, Qusar və digər bölgələrimizdə yetişdirilən məhsullar çıxarılır. Həmin rayonlarda isə güclü yağışlar oldu, bostanlar palçığın içində qaldığından məhsul yığımı çətinləşib. Nəticədə də malın bazarlara çatdırılması yubanır və bazarlarda pomidor qıtlığı yaranır”.

İqtisadçı Natiq Cəfərli isə fərqli düşünür. O hesab edir ki, pomidorun qiymətindəki bahalaşma ixracın artması ilə əlaqəlidir:

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı - GlobalInfo.az

“Əsas səbəb ixracın artmasıdır. Keçən il pomidor ixracatında azalma var idi, bu il isə ixracat artıb. Əsasən də Rusiya bazarlarına ixracatın artdığını görürük. Rəsmi rəqəmlər də bunu təsdiqləyir. Nəticə etibarilə ixracat artıqca daxili bazarda satış həcmləri azalır. İqtisadiyyatın qanuna görə bazardakı mal və məhsulun həcmi azalırsa, onun bahalaşması qaçılmaz olur. Odur ki, ixracatın artması Azərbaycanın daxili bazarında pomidorun bahalaşmasına səbəb oldu”.

Kənd təsərrüfatı üzrə eksperti Vahid Məhərrəmov isə bahalaşmanın ixracla heç bir əlaqəsinin olmadığını düşünür:

Vahid Məhərrəmov: “Nə vaxta kimi kənd təsərrüfatı sektorunu təcrübə sahəsinə çevirəcəklər?”

“Azərbaycan adambaşına 86 kiloqram pomidor istehsal edir. Bunun adambaşına 20 kiloqramı ixrac edilir. 66 kiloqram isə daxildə istehlak edilir. Başqa sözlə, 860 min ton pomidor istehsal edirik, onun 200 min tonunu ixrac edirik, 660 min tonu isə daxili istehlaka yönəlir. Bu isə əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

Adi bir misal çəkim. Qonşu Gürcüstan adambaşına 15 kiloqram pomidor istehsal edir. Bizdə olan rəqəmlər isə daha çoxdur. Başqa bir məqam da var. Azərbaycan Rusiya bazarlarına pomidor ixrac edirsə, əvəzində eyni məhsulu digər ölkələrdən idxal edir. Son bir neçə ayda Türkmənistandan Azərbaycan pomidor idxal edilir. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, bahalaşmanın idxalla əlaqələndirilməsi doğru deyil. Hava şəraitinin qeyri-sabit keçməsinin də pomidorun bahalaşmasına təsiri yoxdur”.

Ekspertin sözlərinə görə bazarda qiymətin yüksəlməsi monopoliya ilə bağlıdır:

“Abşeronda çoxsaylı böyük təsərrüfatlar var. Onlar pomidor istehsalı ilə məşğuldurlar. Xüsusən istixana pomidoru həmin sahibkarların, aliqarx məmurların əlindədir. Onlar kartel sövdələşməsi edirlər. Bizdə qış mövsümündə pomidorun qiyməti 5-6 manat, hətta daha yuxarı təklif olunur. Amma qonşu Türkiyədə bundan 3 dəfə ucuzdur. Bizdə pomidor qışda 3 dollardan yüksək olduğu halda, Türkiyədə 1 dollar olur. Səbəb odur ki, bizdən fərqli olaraq Türkiyədə monopoliya yoxdur. Orada çoxsaylı topdansatış bazarları var, lakin belə bazar Azərbaycanda bir dənədir. Türkiyədə hər həftənin birinci günü fermerlər istehsal etdikləri pomidor, xiyar və digər tərəvəzləri özləri yarmarkalara çıxarırlar. Ankarada bütün rayonlarda bir neçə yerdə yarmarkalar keçirilir ki, kəndlilər istehsal etdikləri məhsulu özlərinə sərf edən, alıcılar üçün əlçatan qiymətə sata bilsinlər. Azərbaycanda isə topdansatış bazarının əlində geniş ticarət şəbəkələri var. Onlar məhsulları həmin şəbəkələrə göndərirlər”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*