İyun ayında 190 manat birdəfəlik müavinətin verilməsinə nazirlikdən “CAVAB”backend

İyun ayında 190 manat birdəfəlik müavinətin verilməsinə nazirlikdən “CAVAB”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri kimi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara dəstək məqsədilə iyun ayında da 190 manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə “aydınlıq” gətirib.

KONKRET.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov nazirliyin iyun və iyul aylarında bu müavinətlər veriləcəkmi sualına cavab olaraq “bu barədə ictimaiyyətə məlumat veriləcək” deyə bildirib.

Nazirlik sözçüsü həmçinin bildirib ki, pandemiya dövründə həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 milyon 665 min işçinin iş yerinin və əməkhaqqı gəlirlərinin qorunması təmin edilir.

Nazirlik rəsmisinin NOCOMMENT.az-ın “Sərtləşdirilmiş karantin dövründə iş yerləri bağlanan, karantin şərtlərinə görə evdə oturan insanlara hər hansı bir dəstəyin göstərilməsi nəzərdə tutulurmu?” və “Pandemiya dövründə əhalinin sosial həssas qruplarına dəstək məqsədi ilə hansı Proqram və ya Layihələrin həyata keçirilməsi planlaşdırılır?” suallarına cavab isə özünü çox ləngitmədi:

“Ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır və artıq DOST İş Mərkəzi vasitəsi ilə əlavə 23 min şəxs ictimai işlərə cəlb olunmaqla ictimai işçilərin sayı 61 minə çatıb. Bu il minimum 12 min ailənin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulur. Eyni zamanda 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilir, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişlənir. son il yarımda ünvanlı yardım proqramının əhatə etdiyi ailələrin sayı 2 dəfə artaraq 83 minə (ailə üzvlərinin sayı 350 minə) çatıb.

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə bu yardımın, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik və bununla onlara müvafiq ödənişlərin verilməsi müddətinin də uzadılması təmin olunub.

Bununla bağlı onlara son ayların ödənişləri də edildi.

Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir.

Eyni zamanda, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırıldı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməi təmin edilir.

Bütün bunlar pandemiya dövründə çoxistiqamətli sosial dəstək tədbirlərinin icra olunduğunu və dövlətin indiki şəraitdə də hər bir vətəndaşının yanında olduğunu göstərir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanın və ya əhalinin 48 faizə qədər hissəsini əhatə etdi. Dövlət başçısının tapşığına uyğun olaraq proqramın əhatə dairəsi 3 dəfə artırılmaqla, 600 min şəxs aprel-may ayları üzrə birdəfəlik ödəmə ilə təmin edildi, bunun üçün 228 milyon manat vəsait yönəldildi”, deyə Fazil Talıbov əlavə edib.

  • Kamal
    İyun 22, 2020 - 21:52

    Hər kəsdən razıyıq anma heç yerdə işləmirəm fəhləlik olanda gedirdim günə 15 manat alırdım arada indi karantin olduğuna görə heç yerdən 1 qəpik gəlir toxundu ayleliyem iki az yaşlı uşaqim var necə dolanım nə yeyək ?

  • Sonador
    İyun 22, 2020 - 23:57

    Bu nə demək nazirlərə deputatlara bir ay maaş verməsə işsizlər ə 190 manatı verir da az yeyin bu millətin haqqını

  • Aranli
    İyun 23, 2020 - 01:00

    Sosial yardım mütləq olmalıdır bu qədər zəngin dövlətdə yaşadığımız halda işsizlik aclıq baş alıb gedir

  • Sevinc Hüseynova
    İyun 23, 2020 - 01:52

    menim 4 uwaglm var, özüm işləmi

    Menim 4uwaglm var, özüm işlemirem,yoldawlmda Sederekde fehle iwleyirdi,Indi orada bağlı başqa yerdende kömek yox,indi deyin gorek biz nece dolanaq ne edək

  • Qafqaz
    İyun 23, 2020 - 02:10

    Salam menim 3 azyawli ovladim var ne edek iwde baglandi qazin pulun iwiqin pulun neynen odeyek .vezyetim pisdi xaiw edirem hec olmasa 190 manati verin ki vezyetden cixaq

  • Gülnarə
    İyun 23, 2020 - 03:53

    Hec bir suala acıq cavab verilmir bizə maraqlıdər 190m veriləxəl ya verilməyəcəl .Bizdə biliriki aprel may ayı verilib qısa veriləcək ya verilməyəcək xaiş edirəm cavablandırın.

    • Fadil Paşayev
      İyun 23, 2020 - 10:19

      Nazilrik bununla bağlı rəsmi açıqlama verəcək!

  • Zarina
    İyun 23, 2020 - 07:37

    Menim de 4 uşaqım var kiraye qalıram 190manatın verilmesi iş yerlerinin acılmasını teleb edirem. Bir Azərbaycan vetandaşı kimi buna haqqım var

  • Sevinc
    İyun 23, 2020 - 08:56

    Məncə işləməyən vətəndaşlara nəinki pandemiya vaxtı,işsizlik statusu götürülənə qədər bu müavinət ödənilməlidir,ailə üzvləri nəzərə alınaraq…
    Vətəndaş işləsə onsuz da sistemdə bu görsənəcək,o zaman müavinət dayandırıla bilər…

  • Memmed
    İyun 23, 2020 - 12:07

    Mene 190 manat duşedi ozumde işsizem men neyniyim des havaynan dolanlm

  • Memmed
    İyun 23, 2020 - 12:08

    Mene 190 manat duşmedi ozumde işsizem men neyniyim des havaynan dolanlm

  • Gülnar
    İyun 23, 2020 - 14:56

    Mən Göyçay qeydiyatəndayam ama Bakıda yaşayıram neçə illərdi.ayrılmışam yoldaşımdan işsizəm 2 uşaqla.karantin olan bölgəyə verilir.xaiş edirəm bizidə nəzərə alasız.190 verilsin

  • Fatimə
    İyun 23, 2020 - 16:22

    Mənimdə 2qızım var kirədə qalırıq yoldaşım fəhləlik edirdi indi onada icazə yoxdu nə yeyək nə içək kirəni nəynən verək vAllah daha ürəyim partdıyır

  • günay
    İyun 23, 2020 - 20:16

    mənim 3 uşağım var özüm de evdar qadlnam yoldaşım fəhlədir işləmir bizim de pyla ehtiyacımız var kömək edin xahi. edirəm

    • Sefer
      İyun 26, 2020 - 20:42

      Allah sebir versin

  • Sebuhi
    İyun 23, 2020 - 21:51

    Salam. Mən neçə dəfə nazirliyə zəng etmək istəmişəm amma həmişə məşğul gedir. Özüm restoranda işləyirdim sahibkarlara pul ayrıldı və restoran rəhbərliyi də bu pulu dövlətdən aldı amma ki öz işçilərinə vermədi. Nəyinki mənim işlədiyim restoran həmçinin başqa restoranlar , tikinti şirkətləri və bir çox sahibkarlar dövlətin işçilər üçün ayırdığı məvacibi mənimsəyiblər . Hətta bir çox sahibkarlar dövlətin ayırdığı müavinəti menimseyenden sonra öz işçilərini qeydiyyatdan da çıxarıb . Buna deyirlər başqasının haqqını yemək

  • Sevinc
    İyun 24, 2020 - 08:05

    Sahil Babayev dunende melumat yayirsiniz ki guya elillik muavinetleri verildi.Hani menim balansim bosdur niye yalan yalnis melumat yayirsiniz?Gecen ay ayin 22_si muavinetleri vuransiniz bu aya baxin 24_dur helede sosial muavinetler vurulmayib?sebeb nedir?budcede pul yoxdur?Ayibdir sexsen menim 130 manatdan basqa gelir yerim yoxdur onuda kefin isteyende vurursan.

  • Nilufər
    İyun 24, 2020 - 11:22

    Mənim də 4 uşağım var kirayə qalıram tək anayam həm də günə muzd işliyirəm bəs neynən dolanaq qarantində

  • Elnur
    İyun 25, 2020 - 15:23

    Menu pul verin

  • Kəmalə
    İyun 25, 2020 - 18:10

    Salam Mənim 190 Manata ehtiyacım var 190 Manat Birdəfəlik Ödəməyə Mən Də Müraciət Etdim Heç Yerdə İşləmirəm Ki İş Gəlirim Olsun Mənə Heç Bir Mesaj Gəlmədi Nə Hə Mesajı Nə Də Yox Mesajı Gəlmədi Getdim Məşğulluq Mərkəzinə Mənə Dedilər Səndə Statust Var Gözlə İndi Deyirlər İnsanlar 3-Cü Birdəfəlik Ödəməni Alır Bəs Mən Nə Edim Nə Qədər Gözləyim İnsanlar 3-Cü Birdəfəlik Ödəməni Alanda Mən Birincini Belə Almamışam Mesajı Da Gözləyə Gözləyə Qalmışam Mənə Bir Yol Göstərin Özünüzü Mənim Yerimə Qoyun Mənə Kömək Edən Olacaqmı Görəsən

  • Coşqun Həmidov
    İyun 26, 2020 - 13:35

    Salam mən Ağdaş Rayon Yuxarı ləki kəndində yaşayıram hal hazırda işsizəm Bakı da işləyirdim iş yerim bağlanıb karantin rejiminə görə 2 azyaşlı uşağım var əlim qolum bağlı qamışam balalarıma çörək verə bilmirəm xayiş edirəm mənədə 190 manat verərsiniz

    uşağ

  • Fjnmoj
    İyun 26, 2020 - 18:51

    Bu millet niye gözün dikmelidi 190 AZN-ə biz her imkanı olan bir dövlətdə yaşayırıq,özüdə zengin dövlətdə.Axi niye millet korluq çekmelidir.Bu gün Azərbaycan çiçəklənir şəhərin merkezi belədir görünüşü beş millet ne zaman güləcək.Ne zaman rahat yaşiyaciyiq.Axi biz bu milletin vetendaşiyiq

  • Ferqane
    İyun 26, 2020 - 18:52

    Bu millet niye gözün dikmelidi 190 AZN-ə biz her imkanı olan bir dövlətdə yaşayırıq,özüdə zengin dövlətdə.Axi niye millet korluq çekmelidir.Bu gün Azərbaycan çiçəklənir şəhərin merkezi belədir görünüşü beş millet ne zaman güləcək.Ne zaman rahat yaşiyaciyiq.Axi biz bu milletin vetendaşiyiq

  • Vusale
    İyun 27, 2020 - 20:02

    Mende hecyerde islemirem bir il bunnan evvel mene voen aciblar ancaqki islemirem,indi o voene gore mene vermiller o odemeni,kiminle elaqe saxliyaqki biz??kime muraciyet edek goresen??

  • Abbasova Ayde
    İyul 3, 2020 - 00:49

    Bir duzqun soz yazin!Oxuyuram yazilirki quyaki 2 hefdelik oldu karantin vso bes bunnan bele nedi adami qoyun yere qoyursuz.Sederek acikdi bes yaziklar fexle qundelik pulun qazan insalaridna iwinnen elediz.Indi verilmiyecek bu 190m vemisize imcan verin bari evin kiwler iwdesin uwaklarina pul qetirsin.Size moxtac qalmaxdansa oz elimize wukur edib oturanik amma.Burnumuzude cole cixan kimi saada baxirsiz amandi qorum kimi wtraf edib pulu apara bilerik.Qorxudan xami susub unutmuyunki adi bir innsansiz siz.Sizide idere eden Allahim var zaman qelecek heyirlisi teki.Prizidetindi bunnan xeberi yox olsa bilmirem amma erze yazacam Mexriban xanima.

  • elcan
    İyul 23, 2020 - 12:10

    bura ne yazsam azdi. hec bir yerde islemediyim halda. adimda hecne olmadigi halda mene 190 manat verilmedi. mesgulluqda is vermir. qisa olaraq ged ip as ozunu oldur basqa yolu qalmiyib

Abbasova Ayde üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*