“James Webb” teleskopu Yupiterin yeni görüntülərini çəkdi – FOTObackend

“James Webb” teleskopu Yupiterin yeni görüntülərini çəkdi - FOTO

NASA Yupiterin “James Webb” teleskopu tərəfindən çəkilən yeni görüntüsünü yayımlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yeni görüntülər alimlərə Yupiteri daha dərindən öyrənməyə imkan verəcək.

“Yupiterdə nəhəng fırtınalar, güclü küləklər, ekstremal temperatur və təzyiq şəraiti ilə çox şey baş verir. İndi NASA-nın “James Webb” kosmik teleskopu planetin yeni şəkillərini çəkib. Teleskopun Yupiter üzərində apardığı müşahidələr alimlərə planeti daha dərindən öyrənməyə kömək edəcək”, – NASA-nın açıqlamasında deyilir.

Qeyd edək ki, Kanada (CSA), Avropa Birliyi (ESA) və ABŞ (NASA) kosmik agentliklərinin birgə həyata keçirdiyi proqramın bir hissəsi olan “Webb” kosmik teleskopu dünyanın indiyə qədər yaradılmış ən böyük elmi teleskopudur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*