2022-ci ilin aprelində vəfat edən siyasətçi Vladimir Jirinovskinin nikahdan kənar oğlu Oleq Eydelşteyn məhkəməyə müraciət edərək atalığın tanınması faktının müəyyən edilməsini xahiş edib.
KONKRET.az Baza “Telegram” kanalına istinadla xəbər verir ki, 36 yaşlı bu şəxs Moskvanın Nikulinski Məhkəməsinə müraciət edib.
Eydelşteyn Jirinovskinin irsinə sahib çıxmaq istəyir.
Fevral ayında Moskvanın başqa bir rayon məhkəməsi Oleq Eydelşteyni “hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaqla birlikdə xırda xuliqanlığa görə” 15 sutkalıq inzibati həbsə göndərib.//Yenisabah