“Ədəbiyyat fondu” hərrac evi Vladimir Jirinovskinin qırmızı pencəyini hərraca çıxarıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Ədəbiyyat fondu”nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, lotun başlanğıc qiyməti 250 min (5575 AZN) rubl təşkil edir.
Qeyd edək ki, sözügedən pencək “Politika” televiziya proqramının yayımı zamanı Jirinovski tərəfindən teleaparıcı Aleksandr Qordona təqdim edilib.
Məlumata görə, hərrac martın 23-də Moskva vaxtı ilə saat 19:00-da keçiriləcək.
Xatırladaq ki, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 2022-ci il aprelin 6-da uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib.
İqbal Rzayev,
KONKRETR.az