Jurnalistlərə poçt vasitəsilə partlayıcı qurğu göndərildi: Bir nəfər xəsarət aldıbackend

Jurnalistlərə poçt vasitəsilə partlayıcı qurğu göndərildi: Bir nəfər xəsarət aldı

Ekvadorda iki televiziya şirkətinin jurnalistləri partlayıcı qurğular olan zərflər alıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan biri zərfdəki cihazı kompüterə qoşduqdan sonra yüngül xəsarət alıb.

Ölkənin hakimiyyət orqanları hadisəni iyrənc hərəkət adlandırıb:

“Jurnalistikaya və ifadə azadlığına qarşı yönəlmiş hər hansı cəhd iyrənc hərəkətdir və cəzalandırılmalıdır”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*