Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən mehmanxanada partlayış baş verib və ardınca atəş səsləri eşidilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilib ki, bir neçə silahlı şəxs xarici ölkə vətəndaşlarının yaşadığı mehmanxanaya daxil olaraq atəş açıb.
Qeyd edilib ki, mehmanxananın mərtəbələrindən birində güclü yanğın başlayıb.
Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur.