Kabildəki partlayışda ölənlərin sayı 32-yə çatdı – YENİLƏNİBbackend

Kabildəki partlayışda ölənlərin sayı 32-yə çatdı - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildəki partlayış nəticəsində ölənlərin sayı 32-ə çatıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində daha 40 nəfər isə yaralanıb.

***

09:31

Kabilin qərbində təhsil mərkəzində baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Əfqanıstanın “Ariana News” telekanalı daha əvvəl mənbələrə istinadən bildirib ki, partlayış şəhərin qərbindəki Daşte Barçi bölgəsindəki Kaj təhsil mərkəzində baş verib.

Telekanalın məlumatına görə, Daxili İşlər Nazirliyinin nümayəndəsi Əbdül Nafi Tahora partlayışla bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, son aylarda Əfqanıstanın bir sıra əyalətlərində, o cümlədən paytaxt bölgəsində bir sıra partlayışlar və atışmalar baş verib. Nəticədə həm “Taliban” tərəfdarları, həm də mülki şəxslər həlak olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*