Kadırov Ərdoğana MÜRACİƏT ETDİ: “Xilas etməyin, onlar qatil və Allahsızdırlar” – FOTObackend

Kadırov Ərdoğana MÜRACİƏT ETDİ: "Xilas etməyin, onlar qatil və Allahsızdırlar" - FOTO

“Azovu xilas etməyin, onlar qatil və ateistdir”.

KONKRET.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə Prezidenti R.T.Ərdoğana müraciət edərək Azovstal ərazisindən hərbçilərin təxliyəsinə şərait yaratmamağa çağırıb.  O, bu barədə Teleqram kanalında paylaşım edib.

“Rusiya müsəlmanları müsəlman ölkəsi olan Türkiyənin Ukraynaya Bayraktar pilotsuz uçan aparatlarının tədarükü ilə bağlı xəbərdən kədərləndilərsə, təsəvvür edin ki, Türkiyə İslamın alovlu əleyhdarlarını və müxaliflərini evakuasiya etməyə hazırdır mesajını necə kəskin qəbul etdilər?”, – Kadırov qeyd edib.

O, Azov batalyonunu qatil və Allahsız adlandırıb.

“Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm: Azov – qatillər və Allahsızlardan ibarətdir, indi onları Rusiya təcavüzünün günahsız qurbanları kimi sizə təqdim etmək istəyirlər. Sizin köməyinizlə mühakimə və layiqli cəzadan yayınmaq istəyən cinayətkarların aldanmasına imkan verməyin”, – deyə Kadırov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Vasif
    May 16, 2022 - 08:51

    Ramazan türkün borusunu çal Ramazan.

  • SADRİ
    May 16, 2022 - 17:04

    Ay şərəfsiz satqın biqeyrət Çeçen millətinin üz qarası Sən gedib dilini dinməz yerinə qoyub susmaqdansa hələ bir danışmağa dilinmi var Bicbala putinin tulası Allahsız sənsən ki günahsız milləti oldürürsüz Haklını haksız çıxarmağa çalışirsız

SADRİ üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*