Kadırov: “Mən sağam və yaxşıyam”backend

Kadırov: “Mən sağam və yaxşıyam”

Çeçenistan rəhbəri Ramzan Kadırovun Moskva Mərkəzi Klinik Xəstəxanasında (CDC) qalması onun səhhəti ilə deyil, əmisi Maqomed Kadırovun vəziyyəti ilə bağlı olub.

KONKRET.az xəbər verir ki, Çeçenistan rəhbəri bu barədə özünün Telegram kanalında məlumat verib.

Kadırov bildirib ki, ezamiyyətdə olarkən Mərkəzi Klinik Xəstəxanaya qohumuna baş çəkmək üçün gəlib. O, səhhəti ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Kadırov deyib ki, xəstə olsa belə, bu hay-küyə səbəb olmamalıdır.

“Həmd olsun Uca Allaha, mən sağam və heç başa düşmürəm ki, xəstələnsəm belə hay-küy nə üçün olmalıdır?”, – Kadırov bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*