Kadırov qəzəbləndi: “Rusiyaya gələn qardaşlarımızı döyüb ölkədən qovurlar”backend

Kadırov qəzəbləndi: “Rusiyaya gələn qardaşlarımızı döyüb ölkədən qovurlar”

“Rusiyaya gələnləri döyürlər, aparırlar, qovurlar. Bizə lazım olan qardaşlarımızı çox incidirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Çeçenistan başçısı Ramzan Kadırov bildirib.

O, Rusiya Daxili İşlər naziri Kolokoltsevi sərt tənqid edib. Buna səbəb polisin miqrantlara münasibətinə görə olub. O, polisin “döyülərək qovulan” miqrantlara qarşı siyasətindən qəzəbləndiyyini vurğulayıb.

Kadırovun sözlərinə görə, təhlükəsizlik orqanlarının rəhbərləri öz yerlərində deyil. O, hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəsiz olduğunu, prezidentin qarşıya qoyduğu vəzifələrə uyğun gəlmədiyini vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*