Kadırov: “Rusiyaya KTMT-nin heç bir faydası YOXDUR” – VİDEObackend

Kadırov: "Rusiyaya KTMT-nin heç bir faydası YOXDUR" - VİDEO

Ramzan Kadırov KTMT-ni tənqid atəşinə tutub.

KONKRET.az xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyaya KTMT-dən heç bir fayda olmadığın deyib və Təşkilatın üzvü olan ölkələri Ukrayna ətrafındakı vəziyyətə susduqlarına görə tənqid edib.

“KTMT təşkilatı var. Rusiya bundan xeyir görmür, Rusiya hamıya kömək edir. Bütün Avropa liderləri, dövlət başçıları Putinin yanına gəlir, telefonla danışıqlar aparır, hansısa formada Ukraynanın maraqlarını qorumaq üçün hər şeyi edir və onun ortaqlarıdır. Bəs bizim KTMT üzvləri, niyə susursunuz və qonşularınız haqqında danışmırsınız, niyə müharibəni bitirməyə çalışmırsınız?”, – Kadırov soruşub.

O, keçmiş SSRİ rəhbərlərini birləşməyə, öz sözünü deməyə çağırıb.

“Dövlət varsa, müttəfiq varsa, o, qərar verib addımını atmalıdır. Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Ermənistanla Azərbaycan arasında müharibəni kim dayandırdı? Rusiya. Rusiyaya lazım olanda isə hamı susur – siz sanksiyalardan qorxursunuz”, – Çeçenistan rəhbəri bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*